BAKI, 6 mart. TELEQRAF

Qırğızıstanın Oş bölgəsində dövlət çevrilişi üçün istifadə edilməsi planlaşdırılan silahlar müsadirə edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

“Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi Oş bölgəsində mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin qarşısını almaq üçün əməliyyat və istintaq tədbirləri zamanı külli miqdarda odlu silah və sursatın olduğu silah anbarı aşkar edib”, - açıqlamada bildirilib.

Məlumata görə, 12 ədəd “Kalaşnikov” avtomatı, 2 ədəd “Beretta” və “Makarov” tapançası, 700 ədəd 7,62 mm kalibrli patron, 2 ədəd ov tüfəngi, müvafiq olaraq 58 ədəd 9x19 mm və 66 ədəd 9x18 mm kalibrli patron, eləcə də 8 ədəd silah təmizləyici vasitə müsadirə edilib.