BAKI, 27 fevral. TELEQRAF
“Rusiya Pakistanın neonasizm və digər ayrı-seçkilik formalarına qarşı mübarizədə göstərdiyi dəstəyə görə minnətdardır”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskva-İslamabad media forumunda deyib.
“Bu fürsətdən istifadə etmədən keçə bilmərəm və böyük minnətdarlıq hissi ilə neonasizm və digər ayrı-seçkilik formalarına qarşı mübarizədə dəstəyinə görə İslamabada təşəkkür edirəm”, - diplomat vurğulayıb.
Mariya Zaxarova əlavə edib ki, Moskva dünyanın müxtəlif yerlərində getdikcə daha çox rast gəlinən İslamofobiya ilə mübarizədə Pakistanın səylərini bölüşür.