BAKI, 21 yanvar. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 22-də İsveçrənin Davos şəhərinə işgüzar səfər edəcək və Qəzza zolağı üçün Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat verib.

Dövlət başçısının mətbuat katibi Ruslan Jeldibay bundan əvvəl Kasım-Jomart Tokayevin Sülh Şurasına qoşulmağa və Qazaxıstanın təsisçi ölkələrdən biri olmağa dəvət olunduğunu bildirmişdi. Tokayev dəvətə razılıq verib.

ABŞ Prezidenti Donald Tramp nizamnamənin imzalanmasını Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirməyi planlaşdırır.