BAKI, 20 yanvar. TELEQRAF

“Qurultay” adını son dərəcə mühüm dövlət institutunun simvolu kimi qoruyub saxlamalıyıq”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qızılorda şəhərində keçirilən Milli Qurultayın V iclasında bildirib.

“Gələcək parlamentin adı barədə fikrimi desəm, qısa olaraq “Qurultay” adının verilməsinin zəruri olduğuna inanıram. Qurultayın həm tarixi məzmunu, həm də mənası xalqımız üçün aydındır və doğmadır. Qurultay iclaslarının yenidən bərpası təşəbbüsünü 2022-ci ildə şəxsən mən irəli sürmüşəm. Bu məruzənin əvvəlində Qurultayın fəaliyyətinin səmərəliliyi və faydasına xüsusi diqqət yetirmişəm. Ümumilikdə hesab edirəm ki, ölkəmizin siyasi sistemində “Qurultay” adını son dərəcə mühüm dövlət institutunun simvolu kimi qoruyub saxlamalıyıq”, - prezident vurğulayıb.