BAKI, 19 yanvar. TELEQRAF
“Qazaxıstanda parlament islahatlarının həyata keçirilməsi Konstitusiyanın bir neçə maddəsinin yenidən nəzərdən keçirilməsinə səbəb olacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti Tokayevin də daxil olduğu parlament islahatı üzrə işçi qrupunun iclasından sonra məlumat verib.
“Əslində, ölkədə prinsipial olaraq yeni siyasi model formalaşır. Parlament islahatlarının həyata keçirilməsi Konstitusiyanın bir neçə maddəsinin eyni anda yenidən nəzərdən keçirilməsini tələb edəcək. Buna görə də, əvvəllər əsas qanunumuzda edilmiş dəyişiklikləri nəzərə alaraq, işçi qrupu tərəfindən təklif olunan düzəlişlər layihəsi bizə Qazaxıstanın yeni Konstitusiyasının nəzərdən keçirildiyini bəyan etməyə imkan verir”, - o bildirib.
Tokayev qeyd edib ki, məsələ ilə bağlı konkret fikirlərini yanvarın 20-də təqdim edəcək. Prezident vurğulayıb ki, institusional çərçivənin dərindən və qanunverici hakimiyyət qolunun sistemli şəkildə yenidən qurulması tələb olunur.