BAKI, 31 dekabr. TELEQRAF

Müstəqil Dövlətlər Birliyinin (MDB) növbəti zirvə görüşü 2026-cı il oktyabrın 9-da Türkmənistanın Avaza turizm zonasında keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı zamanı bildirib.

Qeyd edilib ki, Türkmənistan Rusiya ilə strateji tərəfdaşlığı gücləndirməyə və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.