BAKI, 30 dekabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev media, telekommunikasiya şəbəkələri və onlayn platformalarda LGBT və pedofiliyanın təbliğatını qadağan edən qanun imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı “Qazaxıstan Respublikasının arxiv işi və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikası Qanununu imzalayıb”, - məlumatda deyilir.