BAKI, 23 dekabr. TELEQRAF
Rusiyanın Tümen vilayətinin qubernatoru miqrantların uşaq təhsil müəssisələrində işləməsini qadağan edən fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə regional administrasiyanın informasiya mərkəzi məlumat yayıb.
Qadağa 2026-cı ildə qüvvəyə minəcək.
“2026-cı ildən etibarən Tümen vilayətində bir sıra yeni məhdudiyyətlər tətbiq olunacaq. Xüsusilə, miqrantlara uşaq bağçaları, məktəbəqədər təhsil müəssisələri, məktəblər və digər ibtidai, ümumi və orta təhsil müəssisələrində işləmək qadağandır”, - məlumatda deyilir.
Həmçinin, regionda işəgötürənlərə miqrant işçiləri uşaq qidası və digər qida məhsullarının istehsalı, ixtisaslaşmış mağazalarda tütünün pərakəndə satışı, şəhər və şəhərətrafı ictimai nəqliyyatda sərnişin daşınması, taksi sürücülüyü və yük daşınması da daxil olmaqla digər nəqliyyat xidmətlərinə cəlb etmək qadağandır.