BAKI, 23 dekabr. TELEQRAF
Qazaxıstanın ABŞ-dəki yeni səfiri Maqjan İliyasov etimadnaməsini Prezident Donald Trampa təqdim etdikdən sonra onunla qısa söhbət edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin köməkçisi Ruslan Jeldibay məlumat verib.
“Amerika lideri bu ilin noyabrında Ağ Evdə Kasım-Jomart Tokayevlə keçirdiyi görüşdən aldığı təəssüratlarını bölüşüb. ABŞ rəhbəri Qazaxıstan Prezidentinə səmimi salamlarını çatdıraraq ona böyük hörmət bəslədiyini vurğulayıb. Həmçinin Kasım-Jomart Tokayevi “beynəlxalq prosesləri dərindən bilən və hərtərəfli anlayan təcrübəli dövlət xadimi, gözəl insan” kimi xarakterizə edib. ABŞ Prezidenti dövlət başçısına hədiyyələr də göndərib. Onların arasında Ağ Evin simvolik açarı və üzərində şəxsi imzası olan beysbol papağı da var”, - Jeldibay qeyd edib.



