BAKI, 15 dekabr. TELEQRAF

Türkmənistan və Qazaxıstan sərhədində yerləşən modernləşdirilmiş Temir-Baba keçid məntəqəsi istifadəyə verilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Yeniləmə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə sərhəd infrastrukturunun modernləşdirilməsi üzrə dövlət proqramının bir hissəsi olaraq həyata keçirilib.

Yenidənqurma işləri müvəqqəti marşrut sayəsində nəqliyyatın hərəkətinə mane olmadan reallaşdırılıb. Nəticədə, sərhəd keçid müddəti 30 dəqiqəyə endirilib, buraxılış gücü gündə 1000 nəqliyyat vasitəsinə qədər artırılıb və nəqliyyat axını 2,5 dəfə artıb.