BAKI, 15 dekabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Aybek Smadiyarov Prezident Administrasiyasının Daxili Siyasət Şöbəsinin müdiri təyin edilib.

Teleqraf xəbər verir ki, u barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Aybek Smadiyarov dekabrın 9-da Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi vəzifəsindən istefa verib. O, bu vəzifədə səkkiz il çalışıb.