BAKI, 12 dekabr. TELEQRAF
“Nəqliyyat sahəsində Qərb və Şərq arasında kommunikasiyanın təmin olunması baxımından böyük potensialımız var”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənistanda keçirilən Beynəlxalq Sülh və Etimad İli Forumunda deyib.
Dövlət başçısının sözlərinə görə, Qazaxıstan xüsusilə Transxəzər limanlarının modernləşdirilməsinə böyük əhəmiyyət verir:
“Qazaxıstan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanlarını lazımi səviyyədə genişləndirir, dəmir yolu, liman və avtomobil yolları infrastrukturunu modernləşdirir. Beləliklə, vahid nəqliyyat sistemi formalaşmağa başlayıb. Ölkəmiz Mərkəzi Asiyanın nəqliyyat sisteminin inkişafı üçün hərtərəfli strategiyanın hazırlanmasında fəal iştirak edir. Məqsədimiz dayanıqlı logistika marşrutlarını tam şəkildə həyata keçirməkdir. Rusiya, Çin, İran, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və digər maraqlı dövlətlərlə sıx əməkdaşlıq quraraq, birgə səylər vasitəsilə bütün Avrasiya məkanında hamımız üçün effektiv olan müasir nəqliyyat və logistika sistemi yarada bilərik”.
bool(false)