BAKI, 12 dekabr. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edir.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad İl Forumunda bildirib.

Kasım-Jomart Tokayev qeyd edib ki, sülh sazişinin imzalanması Cənubi Qafqazda sabitliyi təmin edəcək.

“Azərbaycan və Ermənistan tərəfindən birgə sülh bəyannaməsinin imzalanması tarixi əhəmiyyət kəsb edir, region və onun hüdudlarından kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır”, - Qazaxıstan lideri vurğulayıb.