BAKI, 14 oktyabr. TELEQRAF

Özbəkistanda “Yandex ML School”un ilk tədris ili üçün tələbələr qəbul olunub. Bu, ölkədə süni intellekt (AI) sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlmiş ilk ixtisaslaşmış təhsil mərkəzidir.

Teleqraf xəbər verir ki, məktəbdə kompür əsaslı təlim, riyazi modelləşdirmə və məlumatların təhlili daxildir.

Proqrama təxminən 3000 müraciət daxil olub və seçim nəticəsində yalnız 31 tələbə qəbul edilib.

Proqram tələbələr və gənc mütəxəssislər üçün nəzərdə tutulub və bu həftə fəaliyyətə başlayıb. Təhsil tamamilə pulsuzdur və iki semestrlik intensiv hazırlığı əhatə edir. Qəbul prosesində namizədlər onlayn test və şəxsi müsahibədən keçməlidirlər. Tədris proqramı “Yandex”in Məlumatların Təhlili Məktəbi (MTM) ilə əməkdaşlıqla hazırlanıb və nəzəri biliklərin dərin mənimsənilməsi və tətbiqinə yönəldilib.

Dərsləri beynəlxalq təcrübəyə malik mütəxəssislər və Özbəkistanın aparıcı ali təhsil müəssisələrinin müəllimləri keçirir.