BAKI, 10 oktyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB ölkələrinin xarici işlər orqanları ilə kəşfiyyat xidmətləri arasında koordinasiyanın gücləndirilməsini təklif edib.

Teleqraf xəbər verir ki, o, bu barədə MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bildirib.

“Prezident Şavkat Mirziyoyev çıxışında təhlükəsizlik məsələlərinə toxunaraq, MDB ölkələrinin xarici işlər orqanları və kəşfiyyat xidmətləri arasında koordinasiyanın gücləndirilməsini təklif edib”, - Özbəkistan liderinin mətbuat xidməti qeyd edib.