BAKI, 5 iyun. TELEQRAF

İran Rusiya Prezidenti Vladimir Putinin yaxın gələcəkdə Tehrana səfərini gözləyir.

Teleqraf xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.

“Hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb, yüksək səviyyəli rəsmilərin səfərləri həyata keçirilir və yaxın gələcəkdə biz Vladimir Putinin Tehrana səfərini gözləyirik”, – Cəlali qeyd edib.