BAKI, 12 noyabr. TELEQRAF

“ABŞ-nin İranla razılaşmaya ehtiyacı yoxdur”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O dövrlər çoxdan geridə qalıb. Onların pulları - yüz milyardlarla dolları və boğazları (Hörmüz) əlimizdədir”, - Amerika lideri vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio bundan əvvəl Vaşinqtonun müharibənin dayandırılması üzrə danışıqlarda İranın şərtlərini qəbul etmədiyini bildirib. O, Tehranın təzminat tələblərini absurd adlandıraraq, rədd edib.