BAKI, 12 noyabr. TELEQRAF
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları "Samruk-Kazına" Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları" şirkətinin rəhbəri Yeljas Otınşiyevi saxlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlar korrupsiya cinayəti törətməkdə şübhəli bilinirlər. İş üzrə digər şəxslər də saxlanılıb.