BAKI, 13 noyabr. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp ölkələr arasında dialoqu normallaşdırmaq üçün tarixdə ilk dəfə Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməlidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Barak Obamanın sabiq köməkçisi Çarlz Kupçan “Foreign Affairs”da dərc olunan məqaləsində bildirib.

“Böyük dövlətlər arasında münaqişənin qarşısını almaq və xaosun hökm sürdüyü dünyada nizam yaratmaq üçün ABŞ həm Çin, həm də Rusiya ilə konstruktiv münasibətlər qurmalıdır”, - məqalədə qeyd olunub.

Kupçanın fikrincə, üçtərəfli danışıqlar ABŞ-nin gələcək administrasiyaları üçün presedent yarada və Vaşinqtonun istifadə edə biləcəyi siyasi qərarların dairəsini genişləndirə bilər.