BAKI, 15 sentyabr. TELEQRAF

Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcəkBöyük Britaniya mübahisəli Malvin (Folklend) adalarında yerləşən döyüş təyyarələrini yeniləməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Argentinanın “La Nacion” qəzeti məlumat yayıb.

Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard parlament sorğusuna cavabında bildirib ki, hazırda Cənubi Atlantikadakı Britaniya qüvvələrinin tərkibində olan 1435-ci eskadrilyanın dörd “Typhoon Tranche 1” qırıcısı dörd “Typhoon Tranche 2” təyyarəsi ilə əvəz ediləcək.

Yeni qırıcıların adalara 2027-ci ilin dekabrınadək göndərilməsi nəzərdə tutulur. “La Nacion”un məlumatına görə, adalarda dron operatorlarının işə qəbulu da planlaşdırılır.

Qeyd edək ki, Malvin (Folklend) adaları təxminən 200 ildir Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir. 1982-ci ildə tərəflər arasında adalara nəzarət uğrunda silahlı münaqişə baş verib.