BAKI, 10 sentyabr. TELEQRAF

9-10 sentyabr tarixlərində Texas ştatının Dallas şəhərində Respublikaçıların Milli Qurultayı çərçivəsində keçirilən qapalı tədbirin iştirakçıları ABŞ-nin vitse-prezidenti J.D. Vensi növbəti prezident kimi qarşılayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, tədbir iştirakçıları ABŞ vitse-prezidentinin çıxışı zamanı 48 rəqəmini səsləndirməyə başlayıblar. Əgər Vensin namizədliyi irəli sürülərsə və 2028-ci il prezident seçkilərində qalib gələrsə, o, ABŞ-nin 48-ci prezidenti olacaq. Tədbirdə Ohayo, Miçiqan, Pensilvaniya və Viskonsindən olan senatorlar, yerli hökumət nümayəndələri və Respublikaçılar Partiyasının rəsmiləri iştirak ediblər.

Avqustun 7-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp bildirib ki, hazırda Vensi 2028-ci il seçkilərində ən yüksək dövlət vəzifəsinə namizəd kimi açıq şəkildə dəstəkləməyə hazır deyil.

Qanuna görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvar ayında başa çatacaq. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətlə vəzifədə qalmasını məhdudlaşdırır. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək istəyini bildirib.

Konqresin ara seçkiləri 3 noyabrda keçiriləcək və Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.