MİNGƏÇEVİR, 11 sentyabr. TELEQRAF

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə az öncə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində avtomobillərdən birində sürücü və sərnişin qismində olan doğma bacılar – Aynur Əhsən qızı Qafarlı və Aygün Əhsən qızı Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.