BAKI, 17 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ağ Evin İranla razılaşmaya tələsmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə “Fox News”a verdiyi müsahibədə danışıb.

“Mənim vaxt cədvəlim yoxdur. İranla razılığa gəlməyə və müharibəni dayandırmağa tələsmirik”, - Tramp qeyd edib.