BAKI, 18 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp normal insanların düşünməyəcəyi sövdələşmələr bağladığını etiraf edib.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə “Fortune” jurnalına verdiyi müsahibədə bildirib.

“Mən hər gün elə sövdələşmələr bağlayıram ki, heç bir normal insan buna getməzdi”, - o deyib.

Tramp “Norfolk Southern” və “Union Pacific” dəmir yolu korporasiyalarının mümkün birləşməsindən danışarkən, hökumətin bu prosesdə öz payını almalı olduğunu qeyd edib.

Administrasiyasının “Intel” və “U.S. Steel” kimi şirkətlərdə pay əldə etməsindən bəhs edən Donald Tramp vurğulayıb: “Bəzi insanlar həqiqətən də mənim etdiklərimi anti-Amerika hesab edirlər. Onlar deyirlər: “Siz onların şirkətini əllərindən alırsınız”.

ABŞ Prezidenti əlavə edib ki, dövlətin 38 trilyon dollarlıq borcu var.