BAKI, 9 may. TELEQRAF

“Razılaşma imzalanmasa və ya yekunlaşdırılmasa, İrana qarşı fərqli yol seçəcəyik. Heç nə olmasa, Hörmüz boğazında “Azadlıq layihəsi”nə qayıda bilərik, amma bu, “Azadlıq+” və ya digər şeylər olacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

İranın danışıqları qəsdən ləngidib-ləngitməməsi ilə bağlı sualına cavab olaraq Amerika lideri qeyd edib: “Bunu tezliklə biləcəyik”.