BAKI, 2 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Baş prokuror Pem Bondini işdən çıxarmaq fikrini müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla bildirib.
Məlumatına görə, Tramp baş prokurorun Ceffri Epşteyn işini yaxşı idarə bilməməsindən məyusdur.
Prezident Bondini hazırda Ətraf Mühitin Mühafizəsi Agentliyinə rəhbərlik edən Li Zeldinlə əvəz etməyi düşünür. Ağ Ev rəhbəri hələlik yekun qərar verməyib.
Donald Trampın narazılığının bir neçə aydır davam etdiyi bildirilib. Əsas şikayətlər Epşteyn işinin materiallarının dərc olunması ilə bağlıdır. Bu məsələ Trampın çevrəsində siyasi problemə çevrilib.
Konqres də Ceffri Epşteyn işi ilə bağlı istintaqın bir hissəsi olaraq aprelin 14-də Baş prokuror Pem Bondini qapalı qapılar arxasında ifadə verməyə çağırıb.