BAKI, 21 mart. TELEQRAF

Argentinanın şimal-qərb hissəsində, Çili ilə sərhəd bölgədə güclü zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 14:00) qeydə alınan yeraltı təkanların maqnitudası 5,6 bal gücündə olub.

İlkin məlumatlara görə, zəlzələnin ocağı yerin 185 kilometr dərinliyində yerləşib. Episentr Çilinin Antofaqasta şəhərindən təxminən 359 kilometr uzaqlıqda, Argentinanın Salta vilayəti ərazisinə düşüb.

Dağıntı və insan təlafatı ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.