BAKI, 16 fevral. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio İranla razılığa gəlməyin asan olmayacağını, amma Vaşinqtonun buna nail olmaq üçün bütün səylərini əsirgəməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Macarıstan Baş naziri Viktor Orbanla mətbuat konfransında bildirib.
“İranla razılaşma əldə etmək çətindir. Həmişə bunun çətin olduğunu demişik, amma çalışacağıq. Hazırda danışıqlarda iştirak edəcək nümayəndə heyətimiz ora (Cenevrəyə) gedir. Görüş keçirəcəklər. Nə olacağını görəcəyik. Ümid edirik ki, razılaşma əldə olunacaq”, - ABŞ dövlət katibi qeyd edib.
Marko Rubio əlavə edib ki, ABŞ İranla Vaşinqtonun tələblərini təmin edən diplomatik razılaşma əldə edə bilər:
“Düşünürəm ki, narahatlıqlarımızı diplomatik yollarla həll edən razılığa gəlmək üçün fürsət var”.