BAKI, 2 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kriste Paykın uğursuz edamına münasibət bildirib .

Teleqraf xəbər verir ki, o, ölüm hökmünün icrası zamanı yaranmış durumu “qəribə” adlandırıb.

“Bu, qəribə vəziyyət idi”, - Tramp bildirib.

Amerika lideri edamın icrasının uğursuz alınmasını təəccüblə qarşıladığını deyib. Onun fikrincə, edamda mürəkkəb bir şey yoxdur.

“Bunun necə baş verdiyini bilmirəm. Bu, asan olmalıdır”, - prezident qeyd edib.

Bununla belə, Tramp əlavə edib ki, qarşıdan gələn edamlarla bağlı qərarlar özü yox, dövlət rəsmiləri tərəfindən verilməlidir.

Tennessi qubernatoru Bill Li bundan əvvəl hadisəni “görünməmiş” adlandırmışdı. O, edamın icrasını ilin sonuna qədər dayandıraraq, müstəqil araşdırma aparmağı əmr edib.

Kriste Payk 1995-ci ildə qətldə ittiham olunur. Sentyabrın 30-da ona iki dəfə öldürücü iynə vurulsa da, sağ qalıb. O, hazırda həbsxanada müalicə alır.