BAKI, 4 oktyabr. TELEQRAF

Nigeriyanın Plato ştatının Riyom rayonunda baş verən kütləvi yol qəzasında 21 nəfər həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə “Channels Television” Federal Yol Təhlükəsizliyi Korpusuna istinadən məlumat yayıb.

Məlumata görə, qəza cümə günü axşam Havan-Kibo yolunda baş verib. İlkin məlumata əsasən, yük maşınının əyləc sistemi sıradan çıxıb və nəticədə digər nəqliyyat vasitələrinə çırpılıb.

Toqquşmadan sonra avtobusda yanğın baş verib və bir neçə nəfər nəqliyyat vasitəsinin içərisində qalıb. Qəza nəticəsində ölənlərin sayının 21-ə çatdığı bildirilib.