BAKI, 4 oktyabr. TELEQRAF
Cəbhədə ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qoşunları arasında 204 döyüş toqquşması qeydə alınıb. Ən gərgin vəziyyət Pokrovsk istiqamətində qalmaqdadır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu Ukrayna mövqələrinə 65 aviasiya zərbəsi endirib, 233 idarəolunan aviabomba atıb. Bundan başqa, Rusiya hərbçiləri 9 090 kamikadze dronundan istifadə edib, yaşayış məntəqələrini və Ukrayna qoşunlarının mövqelərini 2 465 dəfə atəşə tutublar. Sumı vilayətinin bir neçə yaşayış məntəqəsi də artilleriya və aviasiya zərbələrinə məruz qalıb.
Ukrayna Müdafiə Qüvvələrinin aviasiya, raket və artilleriya bölmələri isə cavab tədbirləri çərçivəsində ruslara məxsus 1 PUA idarəetmə məntəqəsini və 1 komandanlıq məntəqəsini sıradan çıxarıb.