BAKI, 4 oktyabr. TELEQRAF
İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 188 min nəfərin yaşadığı Labuan-Baco şəhərindən 161 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 46 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
Zəlzələ ilə bağlı sunami təhlükəsi elan edilməyib.