BAKI, 4 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməklə bağlı bütün planlarından, demək olar ki, imtina etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri İranın nüvə silahı əldə etmək niyyətindən imtina etdiyinə əmin olduğunu deyib. İran hakimiyyəti isə daha əvvəl dəfələrlə nüvə silahı əldə etməyə çalışmadığını açıqlayıb.
Tramp İranla bağlı qərar verməli olduğunu bildirib, lakin bununla bağlı əlavə məlumat verməyib. O, həmçinin İranın “məğlub edildiyini” iddia edib və İslam Respublikası ilə münaqişənin “yaxşı və ya pis şəkildə” başa çata biləcəyini söyləyib.