BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ-nin maliyyə naziri Skott Bessent iş adamı İlon Maskın fəaliyyətlərini yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, nazir onun dövlət idarəçiliyi sahəsində həyata keçirdiyi təşəbbüsləri tam dəstəklədiyini bildirib.

“Mən İlonun böyük pərəstişkarıyam və onun dövlət idarəçiliyi sahəsində etməyə çalışdığı hər şeyi tam dəstəkləyirəm. Biz müəyyən mənada idman komandasına bənzəyirik. Soyunub-geyinmə otağında mübahisə edə bilərsiniz, amma meydana çıxdıqda birlikdə hərəkət edir və eyni işi görürsünüz. Möhtəşəmdir, o, bizi Marsa aparır”, - Bessent vurğulayıb.