BAKI, 3 oktyabr. TELEQRAF
İran hadisəsi ABŞ-yə qılınc çalmaqdansa, danışıqlar aparmağın daha yaxşı olduğunu öyrətməlidir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran İslam Respublikasının Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi müsahibədə bildirib.
"Hesab edirəm ki, bu, Amerika hakimiyyətinin də bu çətin tarixdən öyrənməli olduğu bir dərsdir. Biz qılınclarımızı çalmamalı, danışıqlar aparmalıyıq. Əks halda, dünya iqtisadi çöküşlə üzləşəcək", - deyə o, İran ətrafındakı vəziyyətdən danışarkən vurğulayıb.
Medvedev qeyd edib ki, güc tətbiqinin də öz həddi var və İrana qarşı baş verən aqressiv hücum qlobal iqtisadiyyatda çox dramatik dəyişikliklərə səbəb oldu. ABŞ digərlər ölkələrlə yanaşı bununla hesablaşmaq məcburiyyətində qalır.