BAKI, 4 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkədə saatların qış vaxtına keçirilməsindən imtina edilməsinin tərəfdarı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu fikri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı səsləndirib.
Onun sözlərinə görə, amerikalılar daha çox gün işığı istəyir və saatların qış vaxtına keçirilməsini arzulamırlar.
“Mən saatların dəyişdirilməsini xoşlamıram, hamı gecikir”, – Tramp deyib.