BAKI, 4 oktyabr. TELEQRAF

Bu gün UEFA Millətlər Liqasında IV tura start veriləcək.

Teleqraf xəbər verir ki, A, B və D liqalarında ümumilikdə səkkiz qarşılaşma baş tutacaq.

Portuqaliya Norveçi qəbul edəcəksə, Almaniya Yunanıstan səfərinə yollanacaq.

UEFA Millətlər Liqası
IV tur

4 oktyabr

17:00 Azərbaycan – Litva
20:00 Kosovo – Avstriya
20:00 Malta – Andorra
22:45 Yunanıstan – Almaniya
22:45 Niderland – Serbiya
22:45 Portuqaliya – Norveç
22:45 Uels – Danimarka
22:45 İrlandiya – İsrail

Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 5-də keçiriləcək.