BAKI, 4 oktyabr. TELEQRAF
Ukrayna düşmənin yeni hərbi doktrinasına cavab olaraq Rusiyanın neft emalı zavodlarına hücumları əhəmiyyətli dərəcədə artıracaq.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters”ə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Dövlət başçısının izah etdiyi kimi, Ukrayna kəşfiyyatının əlində Moskvanın yeni planlarını üzə çıxaran sənədlər var.
Rusiya lideri Vladimir Putinin qoşunlarına yeni "hərbi doktrinaya" riayət etməyi əmr edib. Bura Kiyev və ölkənin digər böyük şəhərlərinə dağıdıcı hava hücumları da daxildir.
“Sənədləri gördük və bilirik ki, rus ordusuna infrastruktura, logistikaya, yollara, məktəblərə, xəstəxanalara hücum etməyə, insanlara paytaxtı tərk etmələri üçün təzyiq göstərməyə, müxtəlif şəhərləri tərk etmələrinə icazə verilib... Əməliyyatın məqsədi budur”, - deyə Zelenski xəbərdarlıq edib.
Onun sözlərinə görə, Putin ordusunun əsas cəbhə bölgəsində mövqelərini itirdiyi və böyük itkilər verdiyi bir vaxtda güclü görünmək istəyir.