BAKI, 4 oktyabr. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xmelnitski şəhərində yetkinlik yaşına çatmayan rus agentini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb .
Məlumata görə, yeniyetmə Ukrayna Silahlı Qüvvələrinin hərbçisinə qarşı terror aktı törətmək üçün əldəqayırma partlayıcı qurğu hazırlayıb.
İstintaqın məlumatına görə, cinayəti Telegram-da "asan" pul axtardığı üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş 16 yaşlı Çernovtsi sakini hazırlayıb.
Rusiya Federasiyasından olan kuratorun göstərişi ilə gənc oğlan Xmelnitskiyə gəlib və evdə partlayıcı qurğu hazırlamaq üçün lazımi komponentləri alıb.
Yetkinlik yaşına çatmayan şəxs hazır partlayıcı qurğunu metal qaykalarla təchiz edərək gizli yerə yerləşdirib.
Rus kuratorlarının keşi izləyə bilməsi üçün yaxınlıqdakı bir ağaca uzaqdan giriş imkanı olan kamera quraşdırıb.
Təhlükəsizlik Xidmətinin əməkdaşları şübhəlini Xmelnitski şəhərindəki avtobus stansiyasında şəhərdən çıxmağa çalışarkən saxlayıblar. Axtarış zamanı onun düşmən tərəfində işləməsini təsdiqləyən yazışmaları olan smartfon müsadirə edilib.
Müstəntiqlər saxlanılan şəxsi Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi (hərbi vəziyyət şəraitində törədilmiş dövlətə xəyanət) ilə şübhəli biliblər.
Yetkinlik yaşına çatmayan şəxs hazırda girovsuz saxlanılır. Onu əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.