BAKI, 25 iyun. TELEQRAF

“ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərsə, onunla dialoq aparmaq imkanını itirəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, məhdudiyyətlər qüvvəyə minən kimi bu, Rusiya Federasiyası ilə danışıqlar pəncərəsinin bağlanması demək olacaq.

“Yəqin ki, biz onlarla (Ukraynada) atəşkəs barədə danışmaq imkanını itirəcəyik”, - Rubio vurğulayıb.