BAKI, 24 iyun. TELEQRAF

“Çin indi İrandan neft almağa davam edə bilər”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.

“Çin indi İrandan neft almağa davam edə bilər, ümid edirəm ki, gələcəkdə ABŞ-dən də neft alacaqlar. Bunu reallaşdırmaq mənim üçün böyük şərəf idi”, - prezident qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.