BAKI, 1 iyun. TELEQRAF
Fələstinin HƏMAS hərəkatının ABŞ-nin Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabı qəbuledilməzdir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff sosial şəbəkə hesabında bildirib .
Amerika rəsmisi deyib: “HƏMAS-ın ABŞ-nin təklifinə cavabını aldım. Bu, tamamilə qəbuledilməzdir və yalnız bizi geri çəkir”.
Uitkoff əlavə edib ki, hərəkat ABŞ-nin təklifini qarşıdakı danışıqlar üçün əsas kimi qəbul etməlidir.