BAKI, 11 sentyabr. TELEQRAF

“Qərb itirdiyi liderliyini geri qaytarmaq üçün xoşagəlməz vasitələrdən istifadə edir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Hindistanda keçirilən BRİKS Biznes Forumunda çıxışı zamanı deyib.

“Rəqabət barədə ayrıca danışmaq istərdim. Həmişə deyilirdi ki, rəqabət müqəddəs inəkdir, ona toxunmaq olmaz. Amma təəssüf ki, bu gün qərbli rəqiblərimiz itirdikləri liderliklərini istənilən yolla geri qaytarmağa çalışırlar. Bu gün bu rəqabət bəzən xoşagəlməz formalar alır. İranlı həmkarımız (Məsud Pezeşkian) da indicə bundan danışdı. Üstəlik, belə xoşagəlməz formalar dövlət səviyyəsində baş verir”, - Putin bildirib.