BAKI, 11 sentyabr. TELEQRAF

“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsində dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Sənədə əsasən, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi ölkədə, regionda və dünyada baş verən etnosiyasi və dini proseslərlə bağlı analitik-informasiya materialları və fəaliyyət proqramları hazırlayacaq.