ŞUŞA, 11 sentyabr. TELEQRAF

Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Şuşada Qarabağ küçəsində olublar.

Teleqraf-ın Şuşaya ezam olunmuş müxbirinin məlumatına görə, diplomatlara şəhərin tarixi və erməni işğalına son qoyulmasından sonra burada aparılan bərpa işləri barədə məlumat verilib.

Daha sonra diplomatlar “Sadıqcanın evi” muzeyində olublar.

Qeyd edək ki, “Sadıqcanın evi” muzeyinin açılışı bu il iyunun 11-də baş tutub.