BAKI, 11 sentyabr. TELEQRAF

“Son bir ildə və ABŞ və İsrailin hücumlarından sonra İrana qarşı iqtisadi təzyiqlər yeni mərhələyə keçib”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Dehlidə keçirilən BRİKS Biznes Forumunun iclasında deyib.

Pezeşkian bildirib ki, təzyiq üçün iqtisadi vasitələrdən getdikcə daha çox istifadə olunması ticarəti çətin vəziyyətə salıb: “BRİKS bu durumda elə şərait yaratmalıdır ki, heç bir ölkə maliyyə və ya texnoloji vasitələr üzərində müstəsna nəzarətə malik olmaqla digər ölkələrin ticarətini poza bilməsin”.