BAKI, 11 sentyabr. TELEQRAF
İngiltərə təmsilçisi “Çelsi” portuqaliyalı futbolçusu Pedro Neto ilə müqaviləni uzadıb.
Teleqraf xəbər verir ki, 26 yaşlı oyunçu ilə yeni sözləşmə 2032-ci ilin iyununa qədər nəzərdə tutulub.
Müqaviləyə əsasən futbolçunun maaşı da artırılıb. Pedro Neto ilə “Liverpul” və “Mançester Siti”nin maraqlandığı bildirilsə də, “Çelsi” onun buraxmayıb.
26 yaşlı oyunçunun dəyəri 60 milyon avrodur.