BAKI, 11 sentyabr. TELEQRAF
PSJ-dən ayrıldıqdan sonra klubsuz qalan portuqaliyalı futbolçu Renato Sanşes karyerasını İspaniyada davam etdirə bilər.
Teleqraf xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Xetafe”yə keçməyə çox yaxındır.
Məlumata görə, Madrid təmsilçisi futbolçu ilə danışıqları xeyli irəlilədib və Sanşes digər variantlar arasında “Xetafe”yə üstünlük verib.
Sanşesin son klubu Yunanıstanın “Panatinaikos”u olub. O, ötən mövsüm PSJ-dən icarə əsasında bu komandada çıxış edib.
Qeyd edək ki, mövsümün sonunda Paris klubuna qayıdan futbolçunun PSJ ilə müqaviləsinə xitam verilib və azad agent statusundadır. “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi vaxtilə Avropanın ən istedadlı futbolçularından biri hesab olunurdu. O, daha sonra “Bavariya” və “Lill” kimi klublarda da çıxış edib.