BAKI, 11 sentyabr. TELEQRAF
“Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası çıxarılsa, Ermənistan yiyəsiz qalacaq”.
Teleqraf xəbər verir ki, bunu “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyan deyib.
Brifinqdə Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması məsələsinə toxunan Karapetyan bildirib:
“Bu regionda yiyəsiz qalacağıq”.
O iddia edib ki, Rusiya Gümrüdəki hərbi bazadan çıxsa, yerini Türkiyə tutacaq:
“Əgər belədirsə, gətirib yerinə türk hərbi bazası qoyun. Bir baza lazımdır, indi həmin baza var. İndi ya ruslar, ya da türklər? Qərar verin. Qoy çıxarsınlar. İndi hakimiyyət daha çox və daha yaxşı bilir, vəziyyəti daha yaxşı qiymətləndirə bilər. Bir imza ilə (ruslara) “sağ olun” deyə bilərlər”.