BAKI, 11 sentyabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Livanın Əli ət-Tahir yüksəkliklərində böyük həcmdə silah-sursatı ələ keçirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bunların arasında zenit toplar, raketlər, minalar və kompüterlərin olduğunu bildirib.

Netanyahu qeyd edib ki, silah-sursat “Hizbullah” terror təşkilatı üçün İrandan göndərilib.

Baş nazir İsrail ordusunun silahları ərazidən çıxararaq müsadirə etdiyini vurğulayıb.